Accessibility links

Misir prezidenti seçki tənqidlərini rədd edir


Misir prezidenti seçki tənqidlərini rədd edir

Misir prezidenti seçki tənqidlərini rədd edir

Misir prezidenti Hüsni Mübarək beynəlxalq və ölkədaxili insan haqları qruplarının ötən ay keçirilən parlament seçkilərində kütləvi saxtakarlıqların baş verdiyinə dair iddialarını rədd edib. Cənab Mübarək deyib ki, bəzi namizədlər və onların tərəfdarlarının pozuntuları “qəbuledilməzdir,” lakin bunlar seçkilərin ümumi nəticəsini etibarsız etmir. Prezidentin rəhbərlik etdiyi Milli Demokrat Partiyası parlament seçkilərində nəhəng qələbə qazanıb. Ölkənin iki aparıcı müxalifət partiyası baş verən saxtakarlıqlara etiraz edərək səsvermənin ikinci raundunu baykot etdilər. Ötən həftə Misir müxalifətinin təmsilçisi və Nobel sülh mükafatı laureatı Məhəmməd ƏlBaradei qarşıdan gələn prezident seçkilərinin baykotuna səsləyərək Misirdəki seçki prosesini “məzhəkə” adlandırıb.

XS
SM
MD
LG