Accessibility links


Misirin Ali Ədliyyə Şurası baş prokuror Tələt Abdullanın istefasını istəyib.

Şuranın bəyanatında prezident Mursi tərəfindən təyin edilən Abdullanın əvvəlki hakimlik vəzifəsinə qaytarılması tələb olunur. Onun istefası Misirin liberal müxalifətinin əsas tələbidir.

Müxalifət onu prezidentin və Müsəlman Qardaşları partiyasının tənqidçilərini ədalətsiz şəkildə cəzalandırmaqda günahlandırır.

Porkurorluq bu yaxınlarda satirik yazar Bassem Yusifinin prezident və İslamı təhqir ittihamı ilə nəzarət altına alınmasına göstəriş vermişdi. Daha sonra zaminə buraxılan yazar söz azadlığının boğulmasına dair yazılarına görə ittiham edilib.

Misirin Apellyasiya Məhkəməsinin Tələt Abdullanı vəzifəsindən uzaqlaşdırmaq cəhdi nəticə verməmişdi.
XS
SM
MD
LG