Accessibility links

Misirdə qadınların zorakılıqlara dair şikayətləri artıb (Video)



Misirin qadın hüquqları müdafiəçiləri islamçıların seksual təcavüzlərə qadınların etiraz etməsinə yol verilməməsi və onların ictimai xidmətlərdə ayrı-seçkilyə məruz qalmasına etiraz edir.

İnqilabdan sonra Misirdə qadınların zorlama və zorakılığa dair şikayətləri misilsiz dərəcədə artıb. Eyni zamanda onların günahlandırılması tendensiyası da vüsət alıb.

Psixoloq Fərəh Şaş bildirir ki, Misir ictimaiyyəti daha mühafizəar və patriarxal bir cəmiyyətə çevrilir. “İctimaiyyət həmişə qurbanları günahlandırır. Qadın ya nalayiq geyimi, yerişi, gülüşü, hətta təcavüzə məruz qalarkən niyə küçədə olduğu ilə qınanılır.”

Misirin sələfi şeyxi Qamal Sabir kimi nüfuzlu siyasi və dini liderlər də eyni mövqedən çıxış edir. “Təhrikci, dar paltar geymiş qadın nə gözləyir? Kişilər nə etməlidir? Mən bunun təbii cavab olduğunu demək istəmirəm. Lakin onları hər şeyə görə günahlandırmaq olmaz.”

Hökumət bu kimi bəyanatlardan uzaq durmağa çalışır. Prezident Məhəmməd Mursi qadın hüquqlarının müdafiəsi sahəsində inkişaflara nail olmağa can atır.

Lakin insan hüquqları müdafiəçiləri bunlara yalnız sözdə əməl edildiyini deyir. Müsəlman Qardaşları partiyası BMT-nin qadınlara qarşı zorakılıqları qınayan qətnaməsini rədd edib. Bu isə heç sözün də qüdrəti olmadığını göstərir.

İslam fundamentalizmini yayan bu partiyadan gələn Mursinin Misir ənənələrinə riayət etmədiyindən şikayətlənilir.

Qadın hüquqları müdafiəçisi Nahid Abo Əl-Komsan : “Bizim qadın və kişi arasında fərq qoymayan açıq dünya görüşlü şeyxlərimiz var. Biz qadın hüquqları ilə İslamın interpretasiyası arasında müxalifət görmürük.”

O, siyasi liderlərin qadın hüquqlarını məhdudlaşdırmasını iqtisadiyyat kimi problemlərlə əlaqələndirdiyini deyir. “Onlar başa düşməyə başlayıb ki, biz qadınlar hökumətdən problemlərimi həll etməsini istəyirik. Çadra, hicab və qadın bədəndən danışmasını deyil. Biz onlardan qadınların işlə təmin edilməsini istıyirik."

Misir iqtisadiyyatı inqilabdan sonra ağır dönəmini yaşayır. İnsan hüquqları müdafiəçiləri əhalinin yarısının təzyiqlərə məruz qalması və ya onların imkanlarının məhdudlaşdırılmasının təkcə ədalətsizlik olmadığını, bunun ölkəyə baha başa gələcəyini deyir.
XS
SM
MD
LG