Accessibility links

Misirdə qadın haqları pozuntularının araşdırılmasına çağırılır


Misirin insan hüquqları müdafiəçiləri BMT-ni zoralama və seksual təcavüz də daxil edilməklə, qadınlara qarşı insan haqları pozuntularının araşdırılması məqsədi ilə o ölkəyə xüsusi missiya göndərilməsinə çağırır.

Fəalların məlumatında deyilir ki, prezident Məhəmməd Mursinin devrilməsindən sonar Misirin hərbi hakimiyyəti dövründə qadınlar ciddi təcavüzə məruz qalıb. Vəziyyət hərbiçilərin onları hədəf alması ilə daha ciddi xarakter alıb. Sənəddə deyilir ki, 50 qadın çevriliş əleyhinə nümayişlər zamanı qanusuz şəkildə qətlə yetirilib.

2013-cü ilin iyul ayının 3-ü ilə 2014-cü ilin iyun ayının 1-dək 1585 qadın siyasi məhbus kimi azadlıqdan məhrum edilib.

Onların zorlandığı, işgəncəyə məruz qaldığı, alçaldıldığı, fiziki və psixoloji təcavüzlə üzləşdiyinə dair sənədlər toplanıb. Tələbə qızların həbs edildiyi və onlara ağır cəzalar verildiyinə dair də dəlillər göstərilir.

Araşdırmalardan məlum olub ki, dəhşətli cinayətlər sistematik hal alıb. İnsanlar mərkəzi kəşfiyyat düşərgələrinə aparılır. Zorlanılır.

Misirin Demokratiya Uğrunda Avropa Alyansının üzvü Dalia Loftinin bildirdiyinə görə, seksual təcavüz həbsxanalarda adi hala çevrilib. O, bu cinayətlərə dövlət işçilərinin, təhlükəsizlik qüvvələrinin və keşikçilərin yol verdiyini deyir. “Araşdırmalardan məlum olub ki, dəhşətli cinayətlər sistematik hal alıb. İnsanlar mərkəzi kəşfiyyat düşərgələrinə aparılır. Zorlanılır. Belə hallar bir çoxlarının başına gətirilir. İnanırıq ki, bu hallara yüksək rütbəli məmurların icazəsi ilə yol verilir.”

Misir küçələrində qadınlar tez-tez təcavüzə məruz qalırlar.
Misir küçələrində qadınlar tez-tez təcavüzə məruz qalırlar.

Misirdə ilk dəfə olaraq iyunun 4-də seksual təcavavüzün kriminallaşdırılmasına dair qanun qəbul edilib.

Cenevrədə olan fəallar Misirdə hökm sürən ayrı-seçkilik və təzyiq rejiminə daha artıq diqqət cəlb ediləcəklərinə ümid bəsləyir. Onlar zorakılıqlarla bağlı araşdırmalar üçün xüsusi komissiya yaradılmasına çalışacaqlarını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG