Accessibility links

Misirdə qızların bakirəlik testindən keçirilməsinə çağırış etirazla qarşılanır


Misirdə qadın hüquqları müdafiəçiləri universitetə daxil olmaq üçün qızların məcburi şəkildə bakirəlik testindən keçirilməsinə çağıran qanunvericini məhkəməyə verib.

Əl-Məsri Əl-Youm qəzeti Milli Qadın Şurasının rəhbəri Maya Morsiyə istinadən yazır ki, qanunverici İlhami Agenanın parlamentdən kənarlaşdırılması və ona qarşı cinayət işi açılması tələb edilir. O, bu millət vəkilinin Misrin kişi və qadınlarına, habelə bütöv ölkənin reputasiyasına xələl gətirdiyini deyib.

Agena ötən həftə verdiyi müsahibə zamanı tələbələr arasında qanunsuz evliliklərə yol verilməməsi üçün bakirəlik testlərinin mühümlüyünü önə çəkib. Qanunverici son illər işsizlik və ev icarələrinin ödənilə bilməməsi ilə bu kimi xərcsiz evlililərin artdığını vurğulayıb.

Gizli cizsi əlaqələrlər mühafizəkar və əhalisinin əksəriyyəti müsəlman olan Misirdə tabudur. Bu ölkədə qızların bakirəliyi ailə namusu hesab edilir. Bakirəliyini itirən qızlar çox hallarda ailə qura bilmir.

2011-ci ilin mart ayında Qahirənin Təhrir meydanındakı etiraz aksiyası zamanı həbs edilən 19 qadın üzərində bakirəlik testi keçirildiyini deyilmişdi.

Qadınlar sünnət olunmasa, seksual baxımdan güclənəcək və boşanmaların sayını artırmaqla problemə çevriləcəklər

3 ay sonra Amnesty International Misirin hərbi hökumətinin qadınlara qarşı zorlama ittihamları olmasın deyə testlərin keçirildiyini etiraf etdiyini bildirmişdi. İnsan hüquqları təşkilatı onların belə bir şeyə bir daha yol verməyəcəklərini vəd etdiklərini bəyan etmişdi.

Agenanın qadın qanunvericilərin geyimlərini nalayiq adlandırması da tənqidlərlə qarşılanmışdı. Keçən ay o, Viagra satışının artmasının Misirdə kişilərin 64 faizinin impotensiyasına yol açdığını demişdi. Millət vəkili qızların sünnət edilməsi təklifi ilə çıxış edərək, bu yolla kişilərdə impotensiyanın, qadınlarda isə seksə həvəsin qarşısının alına bilınəcəyini iddia etmişdi.

2013-cü ildə sünnət zamanı ölən Soheir Əl-Bati

2013-cü ildə sünnət zamanı ölən Soheir Əl-Bati

"Qadınlar sünnət olunmasa, seksual baxımdan güclənəcək və boşanmaların sayını artırmaqla problemə çevriləcəklər”- deyə Agena əlavə etmişdi.

Onun təklifi Misir parlamentini kəskin ölçülər götürməyə vadar etmişdi. Qanuna görə, sünnət vaxtı uşaq ölərsə qanunu pozanları 15 il, bu proseduru yerinə yetirənləri isə 7 il azadlıqdan məhrumiyyət gözləyir.

2008-ci ildən bu qanunun qüvvədə olmasına baxmayaraq, Misirdə qadınların 90 faizi müxtəlif genital prosedurlara məcbur edilir.

XS
SM
MD
LG