Accessibility links

Misir-Qəzza sərhəd məntəqəsi açılıb


Misir hökuməti son 5 gün ərzində ilk dəfə olaraq Qəzza ilə sərhəd Rəfah məntəqəsini açıb. Bu məntəqə Qəzzadakı fələstinlilərin xarici dünyaya yeganı çıxış yoludur. Günlərdir minlərlə insan Misirə girişi gözləyirdi.

Təhlilçilər məntəqənin bir neçə saatlıq da olsa açılışını ölkədə gərginliklərin azalmasına işarə kimi qiymətləndirir.

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin vəzifəsinə bərpa çağırışları ilə Müsəlman Qardaşları partiyasının tərəfdarları bir neçə günlük sükutdan sonra dünən yenidən nümayişə çıxmışdı.

Müsəlman Qardaşları ilə işləyən Milli Qanunvericilik media qrupu bu gün etirazların strategiyasının dəyişdiyi barədə mesaj yayıb. Mesajda Misirin bütün partiyalarının cəlb edilməsi məqsədi ilə kiçik qruplar şəklində aksiyalar təşkil ediləcəyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG