Accessibility links

Misirdə birlik danışıqları təxirə salınıb


Misir ordusu islamçıların dəstəklədiyi prezident Məhəmməd Mursi və ölkənin dünyəvi müxalifətiçiləri arasında təxirə salınmış birlik danışıqlarının çərşənbə gününə təyin olunduğunu bildirib.

Misirin yüksək rütbəli generalı Abdel Fəttah əl-Sissi ölkənin siyasi böhranının həll olunması üçün danışıqların baş tutmasına cəhd edərək yardım etməyə çalışıb. Hər iki siyasi tərəf konstitusiya referendum ilə bağlı kəskın fikir ayrılığı nümayiş etdirir.

Cənab Mursinin islamçı tərəfdarları təklif olunan konstitusiya layihəsini dəstəklədiyi vaxt sekulyar təbəqənin, liberalların və keçmiş hökumət tərəfdarlarının dəstəklədiyi Milli Qurtuluş Cəbhəsi qəti şəkildə bu sənədə qarşı çıxır.

Milli Qurtuluş Cəbhəsi çərşənbə günü tərəfdarlarına müraciət edərək referenduma gedib layihənin əleyhinə səs verməyə çağırıb. Associated Press xəbər agentliyi çərşənbə günü dövlətin səsvermənin təhlükəsizliyini və səsverməyə nəzarətin təmin olunmayacağı təqdirdə müxalif qüvvələrin bunu baykot edəcəyini xəbər verib.
XS
SM
MD
LG