Accessibility links

Misirdə seçicilərin 98.1 faizi referendumda müsbət səs verib


Misirin Seçki Komissiyası seçicilərin 98.1 faizinin sabiq prezident Məhəmməd Mursi dövrününü konstitusiyasının əvəz edilməsinə dair referendumda müsbət səs verdiklərini bildirib. 1.9 faiz mənfi səslə çıxış edib.

Komissiya səsvermə hüququna malik olan 53 milyon insanın 39 faizinin ikigünlük referendumda iştirak etdiyini bəyan edib. 250 min bülleten yararsız hesab edilib.

Referendum ölkənin orduya arxalanan müvəqqəti hökumətinin legitimliyi üçün mühüm bir addım hesab edilirdi.

Referendumu boykot edən Məhəmməd Mursi tərəfdarları nəticələri saxta adlandırıb.
XS
SM
MD
LG