Accessibility links

Misir İsraillə fələstinli yaraqlılar arasında danışıqlara vasitəçilik edir


İsrail rəsmiləri bu gün fələstin yaraqlılarının İsrailin cənubuna azı beş raket atdığını deyib. Rəsmilər açıq ərazıyə düşən raketlərin heç bir təlafata səbəb olmadığını deyib. Dörd gün davam edən və 25 fələstinlinin ölümünə səbəb olan hücumlardan sonra Misir rəsmiləri İsraillə Qəzza Zolağında fələstinli yaraqlılar arasında barışıq üçün danışıqlar apardığını deyib. Misir təhlükəsizlik rəsmiləri razılığa görə İsrailin sui-qəsqləri dayandıracağına söz verməli olduğunu deyib. Lakin yüksək rütbəli İsrail müdafiə rəsmisi Amod Gilad “lazım gələrsə İsrail vətəndaşlarını müdafiə edəcək” deyə bildirib. O deyib ki, fələstinli yaraqlıların tərəfindən “sakitlik” İsrailin tərəfindən “sakitliklə” qarşılaşacaq. Cümə günündən bəri İsrailin Qəzza Zolağına hava hücumları azı 80 nəfərin xəsarət alması ilə nəticələnib. İsrail deyib ki, Qəzzada ölənlərin əksəriyyəti yaraqlı olub.

XS
SM
MD
LG