Accessibility links

Misirdə polis nümayişçini qəddarcasına döyüb


Misirli nümayişçilərdən biri ötən həftə nümayiş zamanı polis tərəfindən vəhşicəsinə döyüldüyünü etiraf edib. İnsident ölkə boyu ictimayyət tərəfindən etiraz və qəzəblə qarşılanıb.

Hadisə Misir televiziyası ilə canlı yayımlanıb. Video görüntüdə başında polis dəbilqəsi olan şəxsin ötən cümə günü Qahirədə hökumət əleyhinə nümayiş zamanı Həmada Sabiri döydüyü və onu çılpaq vəziyyətdə sürüklədiyi nümayiş etdirilib.

Sabir əvvəlcə onun prezident sarayı önündə nümayiş zamanı başqaları tərəfindən döyüldüyünü iddia etmişdi. Nümayişçilər prezident Məhəmməd Mursinin islamçı hökuməti əleyhinə etiraz aksiyası keçirmək üçün toplaşmışdılar.

Lakin dünən Misir televiziyasına verdiyi müsahibə zamanı Sabir onu döyən şəxsin polis olduğunu bildirib.

Misir prezidenti Məhəmməd Mursi video görüntünü şok hissi ilə qarşıladığını deyib. Misirin daxili işlər nazirliyi hadisə ilə bağlı təhqiqat aparılması haqda göstəriş verib.
XS
SM
MD
LG