Accessibility links

Misirdə prezident seçkilərinin rəsmi nəticələri sabiq ordu başçısı Əbdül Fəttah Əl-Sissinin böyük səs çoxluğu ilə qələbə çaldığını göstərib.

Yeni prezident tərəfdarları qarşısında çıxışında "indi işləmək zamanıdır" deyib.

Misirin Mərkəzi eçki komissiyası ötən həftə keçirilən seçkilərdə cənab Sissinin təxminən 97 faiz səslə qalib gəldiyini elan etdikdən sonra minlərlə insan qələbəni qeyd etmək üçün meydanlara çıxıb .

Hesablamalara görə Misirdə 54 milyon seçicinin 47 faizi seçkilərdə iştirak edib. 2012-ci ildə Məhəmməd Mursinin prezident seçildiyi zaman seçicilərin 52 faizi səs vermişdi.

Cənab Sissinin qələbəsi çoxları üçün gözlənilən idi. Lakin bununla belə o, ölkə iqtisadiyyatını bərpa etmək və siyasi gərginliyə son qoymaq üçün onun mandatının təsdiqlənməsi məqsədilə seçiciləri seçkilərdə fəallıq göstərməyə çağırırdı.

Hakimiyyətdən devrilmiş Müsəlman Qardaşları partiyası seçkiləri boykot etməyə çağıraraq, Sissinin prezidentliyini Misirdə keçən il demokratik yolla seçilmiş ilk prezident oan cənab Mursinin hakmiiyyətdən devrilməsilə nəticələnmiş hərbi üsyanın davamı adlandırıb.
XS
SM
MD
LG