Accessibility links

Misirdə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün konkret tədbirlər görülüb [Audio]


Prezident Məhəmməd Mursinin devrilməsindən sonra Misirdəki vəziyyətlə bağlı Azərbaycanın Misirdəki səfiriliyinin müşaviri Hikmət Hacıyev Amerikanın səsinin suallarını cavablandırıb. Səfirlik bildirib ki, siyasi cərəyanların davam etdiyi Misirdə nümayişlərin dinc keçdiyinə görə, Azərbaycan vətəndaşları arasında xəsarət alan olmayıb. Misirdə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün konkret tədbirlər görülüb.



Səfirliyin müşaviri Hikmət Hacıyevin bildirdiyinə görə, Azərbaycan vətəndaşlarına mütəmadi şəkildə lazımi məlumat və tövsiyələr verilir.

Səfirlikdə qeydiyyata alınan 70 və şəxsi səbəblərə görə Misirə səfər edən azərbaycanlılara hərəkət marşrutlarını maksimal dərəcədə məhdudlaşdırılması, zərurət olmadığı təqdirdə şəhərin mərkəzi hissələri və etiraz aksiyaları keçirilən yerlərdən kənar durmalarına dair xəbərdarlıq verilib.
Azərbaycan vətəndaşlarına mütəmadi şəkildə lazımi məlumat və tövsiyələr verilir

Xarici səfirliklər, o cümlədən Azərbaycanın Misirdəki səfirliyi fəaliyyətini dayandırmayıb.





Misirdə dəyişikliklərin Misir-Azərbaycan əlaqələrinə təsirindən danışan Azərbaycanın Misirdəki səfiriliyinin müşaviri Hikmət Hacıyev deyib ki, əlaqələr dostluğa əsaslanır və heç bir xarici dövlətin daxili işinə qarışmayan Azərbaycanın Misirlə əlaqələri gələcəkdə daha yaxınlaşmış formada davam etdiriləcək.
XS
SM
MD
LG