Accessibility links

Misirin Ali Məhkəməsi parlamentin aşağı palatasının buraxılması hökmünü qüvvədə saxlayb


Misirin Ali Məhkəməsi parlamentin aşağı palatasının buraxılması hökmünü qüvvədə saxlayb.

Misir parlamentinin spikeri prezident Məhəmməd Mürsinin buraxılma qərarını ləğv etməsindən sonra parlamentin aşağı palatasını bu həftə sessiya keçirməyə çağırıb.

Misirin Middle East News agentliyi Səyid əl-Katatninin qanunvericiləri sabah sessiya keçirməyə çağırdığını bildirib.

Ötən ay seçki prosesində saxtakarlıq aşkar etdikdən sonra aşağı palatanın buraxılması hökmü verən Ali Konstitusiya Məhkəməsi prezidentin sərəncamını müzakirə etmək üçün bu gün görüş keçirəcək.

Yeni prezident eyni zamanda bu ilin sonlarında keçiriləcək parlament seçkilərinin Misirin yeni konstitusiyasının qəbulundan sonra 60 gün ərzində keçirilməsinə dair sərəncam verib.
XS
SM
MD
LG