Accessibility links

Misirin silah embarqosu ləğv edilib


ABŞ prezidenti Barak Obama Misirin 18 aylıq silah embarqosunu ləğv edib.

Beləliklə 12 F-16 təyyarəsi, 20 “Harpun” raketi və 125 M1A1 Abrams tanklarının Misir ordusuna çatdırılımasına yol açılır.

ABŞ dövlət başçısı prezident Əbdel Fəttah Əl-Sissiyə hər il Misirə 1.3 milyard dollarlıq hərbi yardım göstəriləcəyini vəd edib.

Yardımlar 2013-cü ilin oktyabr ayında Misir ordusunun sabiq preziden Məhəmməd Mursinin hakimiyyətdən salınması ilə dayandırılmışdı.

Misir liderləri silah embarqosunun Sunay yarımadasında islam yaraqlıları və İranın dəstəklədiyi şiə üsyançılarla ilə mübarizə səylərini imkansız etdiyindən şikayətlənirdi.

Ağ Evin qərarı bir ay sürən araşdırmalardan sonra verilib. Araşdırmalar ABŞ-ın müdafiə zərurəti, yoxsa Misrin demokratik islahatlarına yardım mahiyyəti daşıdığına həsr edilmişdi.

Obamanın bu kimi rejimlərə hərbi dəstəyi yanlışlıqdır

Ağ Evin bəyanatında bildirilib ki, Misirin islahatları deyil, ABŞ-ın milli təhlükəsizlik maraqları nəzərə alınaraq silah təminatına qərar verilib. Lakin Misirdə insan hüquqlarına dair narahatlıqların dilə gətirilməsinin dayandırılmayacağı deyilib.

Sissi hökumətinin insan hüquqlarına riayət etmədiyini demək kifayət etmir. Bu, London Universitetinin professoru Con Çalkraftin fikridir. "Obamanın bu kimi rejimlərə hərbi dəstəyi yanlışlıqdır və bu, gələcək üçün problemlər yaradacaq."

Mursinin terror qrupu elan edilən Müsəlman Qardaşları partiyasının on minlərlə üzvü həbs edilib, yüzlərlə insan öldürülüb.

Amerika insan hüquqlarının vəziyyəti və demokratik öhdəliklərə baxmayaraq, həmişə Misirə maddi və hərbi yardım göstərib

Qeyri-müsəlman hüquq müdafiəçiləri və jurnalistlər artmaqda olan təzyiqlər altındadır.

Təhrir universitetinin alimi Timoti Kaldas Ağ Evin qərarını ABŞ-ın regiondakı davamlı siyasəti adlandırıb."Bu təəccüblü görünmür. Cünki Amerika insan hüquqlarının vəziyyəti və demokratik öhdəliklərə baxmayaraq, həmişə Misirə maddi və hərbi yardım göstərib."

2018-ci ildən başlayaq Misirə hərbi təchizat illik yardım paketinə salınacaq. Misir bundan əlavə kredirlə silah almaq imkanından məhrum ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG