Accessibility links

Misirlilər prezident seçkilərinin ikinci və sonuncu günü səs verir. Seçkilərdə sabiq ordu başçısı Əbdül-Fəttah Əl-Sissinin qalib gələcəyi gözlənilir.

Baş nazir İbrahim Mahlab daha çox insanın səsvermədə iştirak edə bilməsi üçün bu günü dövlət bayramı elan edib.

Seçkilərin rəsmi nəticələri gələn həftəyədək açıqlanmayacaq. Lakin solçu siyasətçi Həmdin Sabahi ilə rəqabətdə Sissinin qalib gələcəyi daha real görünür.

Sissi ötən ilin iyulunda sabiq prezident Məhəmməd Mursini hakimiyyətdən devirən orduya rəhbərlik edib.

Cənab Mursinin hakimiyyətdən devrilməsi Müsəlman Qardaşları partiyasının nümayişlərinə və mindən çox insanın ölümü ilə nəticələnən hərbi zorakılığa səbəb olub.

Müsəlman Qardaşları partiyasının liderlərinin bir çoxu həbs edilib və Sissi islamçı qrupun Misirdə gələcəyinin olmayacağını deyib.

Müsəlman Qardaşları partiyası misirliləri qanunsuz adlandırdığı seçkiləri boykot etməyə çağırıb.
XS
SM
MD
LG