Accessibility links

Misirin Suriya siyasəti təzadlı görünür (Video)


Misirin Suriya mövqeyi təzadlı görünür
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Misir Bəşar Əl-Əsədi devirənlərlə müttəfiqliyə hazırlaşır. Lakin Misirin əməldə sözünə necə vəd edəcəyi hələ ki, bəlli deyil.

Suriyanın vətəndaş müharibəsində xarici fərdi döyüşçülərdən tutmuş, beynəlxalq güvvələr müxalifəti dəstəkləyir.

Misir bu yaxınlarda irəliyə doğru addım atmaq qərarına gəlsə də, rolu təzadlı görünür.

Prezident Məhəmməd Mürsi Suriya ilə onsuz da yaxşı olmayan əlaqələri daha da gərib. O, Livanın Hizbullah döyüşçülərinin ptezident Əsədə dəstək verməsini qınayıb. "Hizbollah Suriyanı tərk etməlidir. Suriyada Hizbullaha yer yoxdur."

Siə yaraqlı qrupunun Suriyaya açıq dəstəyi təriqətlərarası münaqişələri artırıb.
Bu yaxınlarda Qahirədə keçirilən sünni ruhanilərin yığıncağında ehtiraslar yüksəlmişdi. Misir şeyxi Yusif Əl-Qaradavi sünniləri Suriyada cihada səsləmişdi.

Misir rəsmiləri vətəndaşlarının Suriyada döyüşlərə qoşula biləcəyini bəyan edib. Lakin sünnilərin əksəriyyət təşkil etdiyi Misirdə heç də hamı cihad tərəfdarı deyil.

Məhəmməd Sudan Müsəlman Qardaşlarının Azadlıq və Ədalət Partiyasının üzvüdür. “Onlar müsəlmanların ruhunu qorumaq istəyir. Lakin o biri tərəfin də müsəlman olduğu unudulmamalıdır. Müsəlman müsəlmanı öldürməməlidir.”

Prezident Mürsi isə xəbərdarlıqla çıxış edib. "Suriya xalqı insanlarının taleyinə məhəl qoymayan regional və beynəlxalq dövlətlərin planlaşdırılmış etnik təmizləmə və qətliam kampaniyası ilə üzləşib."

Deyilənlər İran şiələri və Moskvaya arxalanan Suriya hökumətinə aiddir. Rusiya Mürsinin çağırışlarını sual altına alaraq, BMT-nin dəstəklədiyi uçaqlara yaqsaq zona təklifini rədd edib.

Misir liderləri eyni zamanda nə silah, nə hərbi personal göndərilməsi təklifi ilə çıxış etmir. Əksinə danışıqlara səsləyir.

Müzakirələr çağırışı müharibənin üçüncü ili artıq köhnəlmiş səslənir. Təriqətlərarası münaqişələr artır, münaqişənin həlli isə hələ ki, uzaq görünür.
XS
SM
MD
LG