Accessibility links


Misir Suriya ilə keçən ay hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi dövrü gərginləşmiş diplomatik münasibətlərin yenidən nəzərdən keçiriləcəyini bildirib.

Misirin yeni xarici işlər naziri Nabil Fəhmi müvəqqəti hökumətin Suriyaya qarşı müharibə etmək fikrində olmadığını, lakin Misirin ölkədə dəyikşikləri dəstəklədiyini deyib. Onun sözlərinə görə, diplomatik münasibətlər yenidən nəzərdən keçirilsə də, bu, əlaqələrin daha yaxın olacağı demək deyil.

Keçən ay Misir Dəməşqdə öz səfiriyini və iki il gedən vətəndaş müharibəsində qan töküldüyünü bildirərək, Suriyanın Qahirədəki diplomatik missiyasını bağlanmışdır. Hakimiyyətdə olduğu dövr prezident Mursi Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən getməyə və beynəlxalq ictimaiyyəti Suriya üzərində uçuşa qadağa zonası yaratmağa çağırmışdı. Mursinin mənsub olduğu Müsəlman Qardaşları təşkilatı keçən ay bəzi sünni ruhanilərin çağırışlarına qoşularaq, Suriya hökuməti və onun şiə müttəfiqlərinə qarşı cihada səsləmişdi.

Mursi onun islamçı hökumətinə qarşı mütləvi etirazların ardınca iyulun 3-də hakimiyyətdən devrilib. Tərəfdarları onun hakimiyyətə qayıtması tələbilə nümayişlərə başlayaraq, etirazları davam edirir. Onun hakimiyyətdən devrilməsindən sonra küçə zorakılıqlarında çox sayda insan öldürülüb və yaralanıb.
XS
SM
MD
LG