Accessibility links

Misirdə fövqəladə vəziyyət elan edilib


Misir prezidenti Məhəmməd Mursinin 30 günlük fövqəladə vəziyyət elan etməsindən sonra nümayişçilərlə qiyam polisi arasında qarşıdurma olub.

Televiziya ilə çıxışı zamanı Mursi deyib ki, fövqəladə vəziyyət və kommendant saatı 3 rayonda-Port Səid, İsmaliyə və Suezdə bazar ertəsindən qüvvəyə minir. Prezident müxalif qrupları və siyasətçiləri dialoqa dəvət edib.

Misirin əsas müxalifət partiyası-Milli Azadlıq Cəbhəsi dialoqda iştirak etməyəcəyini bəyan edib. Digər müxalif partiyalar da ölkədəki vəziyyətə görə danışıqlara qatılmayacaqlarını bildirib.

Misirin nazirlər kabineti bu gün prezident Mursiyə polisə yardım üçün qüvvələrin bölgələrə yerləşdirilməsi və mülki vətəndaşların həbsinə səlahiyyət verməsinə dair qanun layihəsini təsdiq edib.

Son günlər Misirdə qarşıdurmalar səngimək bilmir. Polis Misirin paytaxtı Qahirənin Təhrir meydanına toplaşan insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etiraz 3 nəfərin ölümü, 400-dən artıq insanın yaralanmasına səbəb olan qarşıdurmalardan sonra baş qaldırıb.

Ən qanlı qarşıdurma Port Səid şəhərində baş verib. Orada 37 adamın həlak olduğu bildirilir.

Aksiya iştirakçıları keçən il 74 adamın həlak olduğu futbol qiyamının 21 iştirakçısının ölümə məhkum edilməsinə etiraz edib. Qalan 52 müttəhimin hökmü martın 9-da elan ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG