Accessibility links

Misirdə turizm böhranı [Video]


Misirdə turizm tənəzzülə uğrayıb
please wait

No media source currently available

0:00 0:02:10 0:00
Misirdə hərbi çevriliş son iki ildə baş verən dəyişikliklərin yalnız biridir. Tarixi dəyişikliklər isə çox vaxt baha başa gəlir.

Turizm Misirin əsas gəlir mənbəyi olub. İki il bundan əvvələ-inqilab baş qaldıranadək.

Maqdi Şeko hadisələrin turistləri qaçırdığından şikayətlənir. O, iqtisadiyyatın fəlakətə uğradığını bildirir.“Ticarət yoxdur. Batmışıq. Bizi heç kim başa düşmür.”

Qahirədə əziyyət çəkən yalnız bu suvenir satıcısı deyil. Səid 45 ildir ki, burada çalışır.“Bir əvvələdək biznesimiz yaxşı idi. Qiza meydanında vəziyyət indi pisdir. Mursi tərəfdarları problemlər yaradır.”

Turizm sektorunun işçiləri Misirdəki iğtişaşlar və Mursi hakimiyyətinin turizm sənayesini tamamilə məhv etdiyini deyir.
Hətta ən yaxşı restoranların sahibləri belə ziyandadır. Armada kruiz gəmisi demək olar ki, boşdur.
Baş menecer Ziad Əl-Minəbbavinin dediyinə görə, 30 aşpazın işləməsinə baxmayaraq, yemək hazırlanacaq müştəri yoxdur. “Suez kanalından sonra bura ən böyük gəlir mənbəyi idi. Gəlirlər 90 faiz azalıb. Bu,fəlakətdir.”

Mahmud Atif Tartur dəvə saxlamağı atası və babasından öyrənib. O, 12 dəvədən 4-nü satmalı olduğunu deyir. “Turist olmadıqda kiminlə işləyəcəyik? Özümüzü necə dolandıracağıq? Daha bir il belə getsə məhv olacağıq.”

Turizm binesində çalışanların bircə ümidi var. Müsəlman Qardaşlarının hakimiyyətdən getməsi hər şeyi qaydaya salacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG