Accessibility links

Misir Türkiyənin səfirini ölkədən çıxarır


Türkiyə baş nazirinin çıxışından sonra Misir rəsmiləri Türkiyənin səfirini ölkədən çıxarır.

Bugünkü qərar Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın bu həftənin əvvəli yenidən Misirin yeni liderlərini tənqid etməsindən sonra verilib.

İki ölkə arasında əlaqələr bir neçə ay əvvəl Misirin islamçı prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra gərginləşib.

Türkiyə və Misir avqust ayında Ankaranın Misir liderlərini və cənab Mursinin hakimiyyətdən devrilməsini sərt tənqid etməsindən sonra səfirlərini geri çağırmışdı.

Türkiyə bir neçə həftə sonra səfiri geri göndərsə də, Misir eyni addımı atmaqdan imtina etmişdi.

2012-ci ilin iyununda Misirin ilk demokratik yolla keçirilmiş prezident seçkilərində cənab Mursi qalib gələndən sonra Türkiyə hökuməti ehtiyatlı şəkildə onunla müttəfiqlik etməyə başlamışdı.
XS
SM
MD
LG