Accessibility links

Misir vətəndaşları parlament seçkilərinə hazırlaşır


Misir vətəndaşları parlament seçkilərinə hazırlaşır

Misir vətəndaşları parlament seçkilərinə hazırlaşır

Misirdə seçicilər 2005-ci ildən bəri ilk parlament seçkilərinə hazırlaşırlar. Bu arada seçki mühiti kütləvi pozuntular və müxalifət nümayəndələrinə qarşı təqiblər barədə şikayətlərlə müşayiət olunur. Müsəlman Qardaşlığı qrupu bildirir ki, İskəndəriyyə məhkəməsi qurumun 12 tərəfdarını qeyri-qanuni kampaniya aparmaq ittihamları ilə iki il azadlıqdan məhrum edib. Müsəlman Qardaşlığı rəsmən qadağan olunduğuna görə namizədlərini səsverməyə müstəqil namizəd kimi çıxarır. Misir qanunları dini partiyaların siyasi prosesdə iştirakını qadağan edir, lakin Müsəlman Qardaşlığına loyal millət vəkilləri parlamentdəki yerlərin beşdə birinə nəzarət edir. Bazar günü seçkilərində qrup 130 namizədlə çıxış edir. Son bir neçə həftə ərzində Müsəlman Qardaşlığının 1200 tərəfdarı həbs olunub.

XS
SM
MD
LG