Accessibility links

Bir nəfər həlak olub

Bazar günü Misirin paytaxtında Qahirənin mərkəzi Koptik kafedralı yaxınlığında xristianlar və müsəlmanlar arasında baş verən qarşıdurma nəticəsində daha bir nəfər həyatını itirib.

Misir səhiyyə naziri ikinci qurbanın kimliyinin hələ bəlli olmadığını deyib.

89 nəfərin yaralanmasına səbəb olan qarşıdurmadan sonra bu gün kafedralın yaxınlığına polis yerləşdirilib. Münaqişə Xasus qəsəbəsində yaxın günlərdə baş verən qarşıdurma nəticəsində ölən dörd xristianın dəfn mərasimindən sonra baş verib.

Prezident Məhəmməd Mursi hadisə ilə bağlı istintaqa çağırıb. O, bunu özünə qarşı törədilmiş hücum adlandırıb.

Uzun dönəm hakimiyətdə olmuş Hüsni Mübarəki devirdikdən sonra Misir 2011-ci ildən sosial və siyasi münaqişələrə səhnə olub.

Bazar günü Misirin baş məhkəmə rəsmisi cənab Mursi tərəfindən təyin olunmuş baş prokurorun istefasına çağırıb.

Ali məhkəmə şurası bəyanat yayaraq, baş prokuror Talat Abdullanı öz keçmiş hakimlik vəzifəsinə qayıtmasını tələb edib.
XS
SM
MD
LG