Accessibility links

Misir təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Sinay yarımadasının şimalında yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyatlar nəticəsində şübhəli islamçı yaraqlılar öldürülüb və yaralanıb.

Fələstinin Qəzza Zolağı sərhədindəki Şeyx Züveyd şəhəri yaxınlığında yaraqlıların istehkamına qarşı vertolyotlarla müşayiət olunan zirehli maşınlar hücum edib.

Rəsmilər deyir ki, onlar əməliyyat zamanı bir neçə yaraqlını da ələ keçirib.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu, son illərin ən irimiqyaslı hərbi əməliyyatı olub. Fransa xəbər agentliyi Misir rəsmilərinin təhlükəsizlik səbəbilə Qəzza ilə sərhəd keçidini bağladığını bildirib.

Əl-Qaidədən ilhamlanan yaraqlı qruplar prezident Məhəmməd Mursinin iyul ayında devrilməsindən sonra Misir təhlükəsizlik qüvvələrinə qarşı hücumları artırıb.
XS
SM
MD
LG