Accessibility links


Misirin yeni keçid hökumətinin prezidenti Ədli Mənsur şəmnbə günü prezident sarayında Misir ordusunun komandanı, general Əbdülfəttah Əl-Sissi və polis qüvvələrinə başçılıq edən daxili işlər naziri ilə görüşüb.

Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, cənab Mənsur həmçinin Mursi əleyhinə nümayişlərin təşkilatçısı olan Tamrud gənclər hərəkanın liderləri ilə görüş keçirib.

Cənab Mursinin minlərlə tərəfdarı şənbə günü Qahirənin Nəsr məhəlləsində məscid qarşısında yürüş keçirib. Onların mənsub olduğu Müsəlman Qardaşları təşkilatının liderləri dinc müqavimət göstəriləcəyini bildiriblər.

Lakin cümə günü meydana çıxan qrup hakimiyyətdən devrilmiş prezidentin qaytarılmasına nail olmaq üçün lazım olsa zorakı aksiyaya da hazır olduğunu bəyan edib.

Əvvəllər məlum olmayan Ənsar Əl-Şəriə adlı yeni qrup açıqladığı uzun bəyanatda təşkili və məqsədlərini elan edib. Qrup “demokratik legitimlik” prinsipinə dəstək verməyərək, Müsəlman Qardaşları təşkilatının cənab Mursinin azad seçki yolu seçildiyi və hakimiyyətdə qalmalı olduğu haqda iddialarını qəbul etmədiyini açıqlayıb.

Yeni qrup Misirdə şəriət qanunun bərqərar edilməsini özünün başlıca məqsədi olduğunu elan edib.
XS
SM
MD
LG