Accessibility links

Qahirədə bomba partlayışı zamanı iki polis zabiti həlak olub


Misirin təhlükəsizilk orqanlarının rəsmiləri Qahirədə Xarici İşlər nazirliyinin binası yaxınlığında baş vermiş bomba partlayışı zamanı iki polis zabitinin həlak olduğunu bildiriblər.

Rəsmilərin sözlərinə görə, polis məntəqəsini hədəf alan bomba partlayışı nəticəsində bir neçə polis zabiti yaralanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Misirdə keçən il islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra militantların həyata keçirdiyi hücumlar zamanı çox sayda polis həlak olub.

XS
SM
MD
LG