Accessibility links

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurası: Misirdə mülki şəxslərin həlak olması qəbul edilməzdir


Misir
Misir

Nazirlər birgə bəyanatla çıxış edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurası Misirdəki durumla bağlı birgə bəyanatla çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatın mətnini təqdim edirik:

“Biz, dünən Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik.

Biz hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdi və öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik.

Biz, ölkədə təmkin və barışığın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”, sənəddə deyilir
XS
SM
MD
LG