Accessibility links

Misir Mərdanov AMEA-nin Mexanika və Riyaziyyat İnstitutunun direktoru təyin edilib


Təhsil naziri Misir Mərdanov

Təhsil naziri Misir Mərdanov

O, aprelin 19-da təhsil naziri vəzifəsindən azad edilib

Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin edilib. Bu barədə AMEA-nın rəsmi saytlı məlumat yayıb.

O, prezident Əliyevin sərəncamı aprelin 19-da təhsil naziri vəzifəsindən azad edilib.

Misir Mərdanov1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycanın Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri olub.
XS
SM
MD
LG