Accessibility links

Azərbaycanın Misirdəki səfirliyi normal rejimdə işləyir


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev

Misirdəki Azərbaycan vətəndaşlarına öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət edilib

“Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə normal rejimdə öz fəaliyyətini davam etdirir. Onların geri çağırılması və ya çıxarılması barədə heç bir qərar yoxdur". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Misirdə yaranmış gərginliklə bağlı Azərbaycan səfirliyinin fəaliyyəti ilə bağlı sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, bundan bir müddət öncə Misirdəki Azərbaycan vətəndaşlarına öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görmək xahişi ilə müraciət edilib.

Mətbuat katibi səfirliyin qeydiyyatında olmayan və ya müəyyən
qısamüddətli ezamiyyət məqsədi ilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri ilə bağlı işlər görüldüyünü bildirib.

Misirdəki hadisələr zamanı Azərbaycan vətəndaşlarının xəsarət almasına gəlincə, E.Abdullayev indiyədək bu barədə heç bir məlumatun daxil olmadığını deyib.

Xatırladaq ki, 2011-ci ildə Misirdə baş vermiş inqilab zamanı Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub .

Hazırda Misirdə vəziyyət gərgin olaraq qalır. Son günlər prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda 7 nəfər ölüb, 200-dən artıq insan yaralanıb.
XS
SM
MD
LG