Accessibility links

Azərbaycanın Misirdəki səfirliyi vətəndaşlara xəbərdarlıq edir


İnqilabdan sonra Misir

İnqilabdan sonra Misir

Səfirlik bu ölkədə yaşanan son siyasi hadisələr ilə bağlı Misirdəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edir

Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşanan son siyasi hadisələr və 30 iyunda keçirilməsi planlaşdırılan kütləvi nümayişlər ilə əlaqədar Misirdəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı, xüsusi zərurət olmadıqda şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir.

Səfirlik vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsini, avtomobillərinin yanacaqla təchiz edilməsini və telefonlarının işlək vəziyyətdə olmasının təmin edilməsini məsləhət görülür.

Səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısa müddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur.

Hər hansı bir zərurət yarandığı təqdirdə, vətəndaşlar (002) 01008158628 və ya (002) 01014234441 qaynar xətlər vasitəsilə istənilən vaxt səfirliklə əlaqə saxlaya bilərlər.
XS
SM
MD
LG