Accessibility links

Misirdə ölkə haqda yalan məlumat yayan və Müsəlman Qardaşları təşkilatını dəstəkləyən 20 jurnalistin məhkəmə prosesi başlayıb.

Proses keçən ay təxirə salınıb və bu gün işini bərpa edib.

Jurnalistlərdən üçü Qətərdə yerləşən Əl-Cəzirə kanalının işçiləridir. Onlar arasında avstraliyalı Piter Qreste, Misir mənşəli kanadalı Məhəmməd Fadel Fahmidir.

Misir rəsmiləri Əl-Cəzirə kanalını tənqid edərək, onların xəbərlərinin Müsəlman Qardaşlarını tərifləmək məqsədi daşıdığını deyib. Hökumət rəsmiləri təşkilatı bu yaxınlarda terrorist qrup adlandırıb.

Kanalın rəsmiləri yayılan xəbərləri müdafi edərək jurnalistlərə qarşı ittihamları yalan, böhtan və absurd adlandırıb. Qətər hakimiyyəti Müsəlman Qardaşları təşkilatını və devrilmiş prezident Məhəmməd Mursini dəstəkləyir.

Məhkəmə işi xüsusi ilə insan haqları və mətbuat azadlığı qrupları daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

Sərhədsiz Reportyorlar təşkilatı bildirib ki, jurnalistlər iyul ayında Mursinin devrilməsindən sonra təqiblərə məruz qalıb. Onlar liderləri Misirin konstitusiyası, ifadə və media azadlığına hörmət etməyə çağırıb.
XS
SM
MD
LG