Accessibility links

Misir məhkəməsi Müsəlman Qardaşları təşkilatının lideri də daxil olmaqla qrupun təxminən 700 üzvü ilə bağlı cinayət işi açıb.

Minya şəhər məhkəməsi bu qərarı təşkilatın 529 üzvü haqda ölüm hökmünün çıxarılmasından bir gün sonra verib. Onlar bir polis işçisinin qətli, polis məntəqəsinə hücum və zorakılıqlarda ittiham edilir.

ABŞ Dövlət Departamenti hadisə ilə bağlı narahatlığını ifadə edib. Departamentin sözçüsü Mari Harf bildirib ki, ittiham olunanlar məhkəmənin qərarını apelyasiya edə bilər. Ancaq o, 529 müttəhimin iki gün davam edən məhkəməsinin beynəlxalq standartdlara uyğun aparılması, şahid ifadələri və dəlillərə ədalətli şəkildə baxılacağının mümkün olmasını gözləmədiyini bildirib.

Cəmi iki gün sürən məhkəmə iclası beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərlə qarşılanıb.
XS
SM
MD
LG