Accessibility links

Misir höküməti seçici fəallığının artırılması məqsədi ilə prezident seçkilərində səsverməni daha bir gün uzadıb.

İlk iki gündə seçki məntələqələrinə az sayda insanın gəlməsi mərkəzi seçki komissiyasını səsverməni daha bir gün uzatmağa vadar edib. Ancaq seçici fəalliğının çərşənbə günü də az olduğu müşahidə edilib.

Yüksək seçiçi fəallığı keçmiş ordu komandiri Əbdül Fəttah Əl-Sissinin hakimiyyətə gəlişinin legitimləşdirilməsi üçün əhəmiyyət daşıyır. Bu proses Sissinin keçən il iyul ayında sabiq prezident Məhəmməd Mursini hakimiyyətdən devirən orduya başçılıq etməsindən sonra başlayıb.

Cənab Mursinin mənsub olduğu Müsəlman Qardaşları partiyası misirliləri seçkiləri boykot etməyə çağırıb. Partiya açıqladığ bəyanatda Sissi və onun müttəfiqlərinin öz fəaliyyətlərini "fırıldaq və hiylə yolu ilə" leqallaşdıra bilməyəcəyini bildirib.

Rəsmi nəticələrin gələn həftə açıqlanacağı gözlənilir.

2012-ci ildə demokratik yolla seçilmiş ilk prezident olan Mursi etirazçıların kütləvi aksiyaları nəticəsindəonun hakimiyyətin inhisarlaşdırılmasında və iqtisadiyyatı bərpa edə bilməməkdə ittiham edilərək hakimiyyətdən devrilmişdi.

Onun devrilməsi ilə nümayişlərin genişlənməsi, hərbi qüvvələrlə qarşıdurmalar 1000-dən çox insanın ölümü və Müsəlman Qardaşları partiyasının rəhbərlərinin həbsi ilə nəticələnmişdi.
XS
SM
MD
LG