Accessibility links

Misirdə keçirilən prezident seçkilərinin ilkin nəticələri sabiq ordu rəhbəri Əbdel Fəttah əl-Sissinin qələbə çaldığını göstərir.

İlkin nəticələr Sissinin 93 faiz, sol yönümlü siyasətçi Həmdin Sabahi isə 3 faiz səs topladığını göstərir.

Təhrir meydanında Sissini dəstəkləyən seçicilər qələbəni qeyd edərək gələcəyə ümidlə baxdıqlarını deyirlər.

Seçkidə fəallıq səviyyəsi seçicilərə əlavə bir gün verilməsinə baxmayaraq 44 faiz olub. Son rəsmi nəticələrin gələn həftə açıqlanması gözlənilir.

Müsəlman Qardaşları təşkilatı seçkiləri baykot etməyə çağırmışdı. Təşkilat Sissinin prezidentliyini hərbi çevrilişin davamı adlandırıb. Keçən il ordu islamçı prezident Məhəmməd Mursini devirdikdən sonra hakimiyyəti ələ keçirmişdi.

Cənab Mursi də daxil olmaqla bir çox Müsəlman Qardaşları təşkilatının üzvləri hökümət əleyhdarı nümayişlərdə həlak olanların ölümündə ittiham olunurlar.

Sissi təşkilatın Misirdə gələcəyi olmadığını bildirib.
XS
SM
MD
LG