Accessibility links

Misirdə Azərbaycan diplomatı həlak olub


Egyptians carry an injured protester during clashes with anti-riot police in Cairo, Egypt, Saturday, Jan. 29, 2011.
Egyptians carry an injured protester during clashes with anti-riot police in Cairo, Egypt, Saturday, Jan. 29, 2011.

Diplomat səfirlikdən yaşadığı evə gedərkən yolda aldığı güllə yarasından həlak olub

Azərbaycan Respublikasının diplomatı Misirdəki iğtişaşlar zamanı aldığı güllə yarasından həlak olub.

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkənin Misirdəki səfirliyinin müşaviri Nicat Qocayev yanvarın 29-da işdən yaşadığı evə gedərkən yolda aldığı güllə yarasından həlak olub.

Azərbayacan prezidentinin tapşırığı ilə Misirdəki Azərbaycan vətəndaşlarının evakusaiyası üçün Qahirə şəhərinə xüsusi təyyarə göndərilib.

Evakuasiyaya dair tələb olunan məlumatları əldə etmək üçün Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları Qahirədə yerləşən Azərbaycan səfirliyinin yaratdığı qaynar xətt vasitəsi ilə əlaqə saxlaya bilər. Qaynar xətt telefonunun nömrələri:

00201 69 14 2848;

00201 08 15 8628.

XS
SM
MD
LG