Accessibility links

Misirdə baş verənlərə regional reaksiyalar müxtəlifdir


Misirli qızlar hərbi maşın üzərində qələbə işarəsi göstərirlər

Misirli qızlar hərbi maşın üzərində qələbə işarəsi göstərirlər

Misirdə baş verənlərə regionda reaksiyalar fərqlənir. İranda xarici işlər nazirliyinin sözçüsü Misir rəsmilərini xalqın haqlı tələblərinə cavab verməyə və zorakılıqdan yayınmağa çağırıb. Ramin Mehmanpərəst Misirdəki etiraz aksiyalarının İslama əsaslandığını və ədalət uğrunda baş qaldırdığını deyib. O, İran hökumətinin ölkədəki müxalifətə basqıları haqda heç nə deməyib.

Səudi Ərəbistanının kralı Abdullah nümayişçiləri tənqid edərək Hüsni Mübarəkə dəstəyini izhar edib. Kral Abdullaha istinad edən rəsmi Səudiyyə Press Agentliyi nümayişlərin təşkilatçılarını "casus" adlandırmış və onları söz azadlığı adından Misirdə sabitlyi pozmaqda günahlandırmışdır. Səudiyyə kralı bu ifadələri Misir prezidenti ilə telefon söhbətində dilə gətirib.

İsrail situasiyasını diqqətlə izlədiyini bildirir. İsrail rəsmiləri Misirdə baş verənləri şərh etməkdən imtina ediblər.

XS
SM
MD
LG