Accessibility links

Misirdə demokratik struktur yarana bilərmi?


Misirdə demokratik struktur yarana bilərmi?

Misirdə demokratik struktur yarana bilərmi?

Vaşinqtonda ekspertlər bu suala cavab tapmağa çalışır

Misirdə Hüsnü Mübarək rejimi sona çatsa da, ölkənin siyasi gələcəyi barədə suallar qalmaqdadır. Hazırda ölkəni idarə edən hərbi şura qarşıdakı bir neçə ay ərzində hakimiyyətin müvəqqəti hökumətə təhvil veriləcəyinə və seçkilərin keçiriləcəyinə söz verib. Vaşinqtonda Mübarəkdən sonrakı dönəmi müzakirə edən ekspertlər din amilinin Misir cəmiyyətində önəmli yerə sahib olduğunu düşünür. Bəs görəsən, bu vəziyyətdə ordu ilə dindarlar demokratiyaya keçiddə əməkdaşlıq edə bilərmi? Misir Türkiyə təcrübəsindən nə dərəcədə yararlana bilər?

Vaşinqtonda Yaxın Şərq İnstitutunda keçirilən konfransda Merilənd Universitetinin professorlarında Shibley Telhami Tunis və Misir kimi ölkələrdə uzun müddətli tək hakimiyyətlilik bu xalqların liderlərindən soyuması ilə nəticələndi: "Bu insanlar artıq özlərini dövlətin bir hissəsi saymırlar. Onların dövlətdən nə qədər fərqli düşündüyünü öyrənmək üçün bu insanlardan ən çox sevdikləri liderlərin kim olduğunu soruşardım. Məsələyə Fələstin-İsrail və ya Amerika ilə yaşanan problemlər asbektindən baxdıqlar üçün sevdikləri liderlər livanlı Hizbullah lideri Həsən Nəsrullah, Venesuela prezidenti Hüqo Çaves ya da Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğandır. Bu dab u xalqların öz liderlərindən nə qədər rahatsız olduğunun ən böyük göstəricisidir".

Yaxın Şərq İnstitutundakı paneldə iştirak edən ekspertlər Misirdə dini amilin çox qüvvətli olduğunu bildirsə də, ölkədə hazırda hakimiyyətə nəzarət edən ordunun da yetərli qədər qüdrətli olduğunu xatırlatdılar.

"Küçələrə çıxan insanlar daha demokratik bir cəmiyyət qurulması tələbini kəskin şəkildə dilə gətirdi. Yalnız gənclər deyil. Ordu Mübarəki istefaya getməyə məcbur etməklə və özlərini qorumaqla kifayətlənmədilər, həm də demokratik qüvvələrlə əməkdaşlıq etdi. Bundan sonra ordunun cəmiyyətdə tutacağı mövqe maraqlı olacaq. Fikrimcə, ordu öz qüdrətini qoruya biləcək. Bİr növ Türkiyəyə oxşaya bilər. Ordunun müəyyən səlahiyyəti olsa da, birbaşa qərar vermək, qanunların işləkliyinə müdaxilə etmək hüququna malik deyil. Mən Misirlə Türkiyənin eyni olduğunu iddia etmirəm. Bəlkə də Türkiyədə bəlli bir rola sahib olan, ancaq gündəlik məsələlərə müdaxilə etməyən ordu Misirə nümunə ola bilər"- deyə Shibley Telhami bildirdi.

Merilend Universitetinin Beynəlxalq Siyasi Davranışlar Proqramının direktoru Steven Kullun fikrincə Amerika Misirdə Misirdəki hadisələrə hazır deyildi. Ekspertin sözlərinə görə, Vaşinqtonda əvvəldən nəsə hiss olunsa da, Hüsnü Mübarəkin devrilməyəcək qədər güclü olması daha inandırıcı idi. "Bu vəziyyətdə Amerikanın Misirdəki keçid dövrünə hər hansı töhfəsi ola bilərmi?" -sualına Steven Kull cavab verməyə çalışır: "Amerika hökuməti Misirin demokratiyaya keçid prosesində mütləq rol oynayacaq. Amerikanın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutu kimi institutları v ar. Bunlar seçkilərin təşkili və partiya qurulmasına kömək etmək, bu sahədə səxsiyyətlərin yetişdirilməsi, mətbuatla əlaqələr qurulmasına yardım göstərməklə məşğuldurlar. Burada əsas məsələ ABŞ-ın tərəf tutmamasıdır. Amerika demokratiya, insan haqları, beynəlxalq hüququn qorunması məsələsində yaxşı imicə malikdir. Misirlilər amerikalıların bu dəyərləri onlar üçün qorumadığını görsə, ruhdan düşəcəklər".

Misirdə hərbi hökumət qarşıdakı 6 ay ərzində ölkədə seçkilər keçiriləcəyinə söz verib. Buna baxmayaraq uzun sürən diktatorluqdan sonra yenə də qeyri-müəyyənlik içərisində olan Misirin gələcəyi qarşıdakı aylarda dünya ictimaiyyətinin diqqətində olacaq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG