Accessibility links

Misirdə etirazın yeni dalğası


Misirdə etirazın yeni dalğası
Misirdə etirazın yeni dalğası

Misirdə bu yaxınlarda qadın nümayişçilərə qarşı zorakılıqları görə hərbi hökumətin üzr istəməsi və hakimiyyətin mülki hökumətə keçidi prosesinin sürətləndirilməsi tələbilə fəallar paytaxt Qahirənin Təhrir meydanına toplaşır.

Son bir həftə ərzində ölkədə təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar zaman ən azı 16 hökumət əleyhdarı nümayişçi həlak olub.

Misirlilərin çoxu bir qadın nümayişçinin bir qrup əsgər tərəfindən yarı çılpaq soyundurularaq yerdə sürüdülməsi və döyülməsini əks etdirən videonu görəndən sonra qəzəbləniblər.

ABŞ dövlət katibi Hillari Klinton bu həftənin əvvəli hadisəni Misir qadınlarının sistematik deqradasiyası adlandıraraq tənqid etmiş və qadın nümayişçilərin dəhşətli alçaltma ilə üzləşdiyini bildirmişdi.

Hərbi Şura qadınlara qarşı zorakılıqlardan təəssüfləndiyini və bu hadisədə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verəcəyini bildirib.

Misirdəki nümayişə azı 19 əsasən liberal siyasi partiya və qrupun qoşulacağı gözlənilir. Misrin ən böyük islamçı qrupu - Müsəlman Qardaşları aksiyalarda iştirak etməyəcəyini bildirib. Qrup açıqlayıb ki, nümayişlər mülki idarəçiliyə keçidi zəiflədə bilər.

XS
SM
MD
LG