Accessibility links

Misirdə Konstitusiya dəyişikliyi ilə bağlı komitə bu gün ilk iclasını keçirəcək


Misirdə Konstitusiya dəyişikliyi ilə bağlı komitə bu gün ilk iclasını keçirəcək
Misirdə Konstitusiya dəyişikliyi ilə bağlı komitə bu gün ilk iclasını keçirəcək

Misirin sabiq hakimi Tareq Əl-Bişri 8 üzvlük panelə rəhbərlik edəcək

Misirin hərbi hökuməti təqaüdə çıxmış hakimi bu il keçiriləcək seçkilərin demokratik təşkil olunmasına şərait yaradacaq konstitusiya dəyişiklikləri ilə bağlı təsis olunan komitənin sədri təyin edib.

Misirin sabiq hakimi Tareq Əl-Bişri 8 üzvlük panelə rəhbərlik edəcək. Bu komitəyə hakimlər və hüquq ekspertləri, o cümlədən fəaliyyətinə qadağa qoyulmuş islamçı qrup olan Müsəlman Qardaşlarından sabiq qanunverici Sobhi Saleh daxildir. Panel ilk toplantısını Misir Şurasının lideri Hüseyn Tantavi ilə birlikdə bu gün keçirəcək.

Bazar günü şura üzvləri ilə görüşən demorkatiya tərəfdarı fəallar deyib ki, şura onlara konstitusiyaya əlavə və dəyişiklərə dair qanun layihəsinin 10 gün ərzində hazırlanacağına və iki ay ərzində ümummilli referendum keçiriləcəyinə söz verib.

Yeni Konstitusiya 30 il hakimiyyətdə olmuş avtoritar president Hüsnü Mübarəki devirən Misir müxalifətinin başlıca tələblərindəndir.

XS
SM
MD
LG