Accessibility links

Misirdə məhkəmə bloggerin apellyasiya şikayətini təxirə salıb


Misirdə məhkəmə bloggerin apellyasiya şikayətini təxirə salıb

Misirdə məhkəmə bloggerin apellyasiya şikayətini təxirə salıb

Misir hərbi məhkəməsi həbsinə etiraz olaraq aclıq aksiyasına başlayan misirli bloggerin apellyasiya şikayətinə dair iclasını təxirə salıb. Blogger ölkənin hərbi rəhbərlərini təhqir etməkdə ittiham olunur.

Maykel Nabil Sənəd mart ayında həbs edilərək 3 il azadlıqdan məhrum edilmişdi. Buna səbəb onun Misir hərbi liderlərini demokratiya tərəfdarı fəallara qarşı zorakılıq da daxil olmaqla, insan haqlarını pozmaqda ittiham edən məqalə dərc etməsi olub.

Hərbi məhkəmə Sənədin apellyasiya şikayətinə bu gün baxmalı idi, ancaq işə dair lazımi sənədlərin toplanmadığı üçün iclası oktyabrın 11-dək təxirə salıb.

Sərhədsiz Reportyorlar media hüquqları qrupu bildirib ki, avqustun 23-də başlatdığı aclıq alsiyasının nəticəsi olaraq Sənədin səhhəti sürətlə pisləşir. Təşkilat məlumatına görə, blogger böyrək problemləri və anemiyadan əziyyət çəkir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG