Accessibility links

Misirdə nümayişçilərə hücum edilib


Misirdə nümayişçilərə hücum edilib

Misirdə nümayişçilərə hücum edilib

Misirdə nümayişçilərə divan tutulmasından bir neçə saat sonra Qahirənin Təhrir meydanında hazırkı və keçmiş rəhbərliyə etiraz edən kütlələr yenidən bir araya gəlib.

Gecə saat üçdə hərbi polis meydana daxil olaraq insanları dəyənəklərlə döymüş və atəş səsləri eşidilmişdir. Tibbi mənbələrin bildirdiyinə görə gecə hücumu nəticəsində azı iki nəfər ölmüş, bir neçə adam isə yaralanmışdır.

Şahidlər nümayişçilərin döyüldüyünü və onlardan bəzilərinin qana bələndiyini deyir.

Misirin hakim hərbi şurası açıqladığı bəyanatda polisin iğtişaşçılarla toqquşduğunu və komendant saatını icra etməyə çalışdığını bildirib. Rəsmi bəyanatda zorakılıqların məsuliyyəti qanundan kənar şəxslərin üzərinə atılır.

XS
SM
MD
LG