Accessibility links

Misirdə parlament seçkiləri sonuncu mərhələyə daxil olub

  • Amerikanın səsi

Misirdə parlament seçkiləri sonuncu mərhələyə daxil olub

Misirdə parlament seçkiləri sonuncu mərhələyə daxil olub

Misirdə parlament seçkiləri sonuncu mərhələyə daxil olduqca Müsəlman Qardaşları bildirir ki, partiya milli birlik hökuməti formalaşdırmağı nəzərdə tutur.

Səsvermə çərşənbə günü doqquz vilayətdə ikinci gününə daxil ollub. Bu noyabrın sonunda başlayan seçkilərin sonuncu mərhələsi sayılır. Müsəlman Qardaşlarının tarixi istehkamları sayılan ərazilərdə qardaşların ən öncül namizədləri iştirak edirlər.

Erkən nəticələrə əsasən, Qardaşlar sadə çoxluq əvəzinə, mütləq əksəriyyəti qazanmağa şanslı görünür. Seçkilərdə indiyədək İslamçı partiyalar üstünlük əldə ediblər.

Misirin hərbi idarəçiləri deyirlər ki, seçki prosesi Qahirədəki toqquşmaların ardınca sürətləndiriləcək. Etirazçılar hakimiyyətin mülki idarəçilərə təhvil verilməsinə çağırıblar.

XS
SM
MD
LG