Accessibility links

Misirdə Parlamentin Aşağı Palatasına seçkilər keçirilir


Misirdə Parlamentin Aşağı Palatasına seçkilər keçirilir

Misirdə Parlamentin Aşağı Palatasına seçkilər keçirilir

Bu ilin fevral ayında xalq hərəkatı nəticəsində sabiq prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyulandan sonra misirlilər ilk dəfə parlament seçkilərində iştirak edir.

Səhər saatlarından seçicilər seçki məntəqələrinin önündə səs vermək üçün növbəyə dayanıb. Minlərlə misirli müşahidəçi prosesi izləyir.

Seçicilərdən biri deyir ki, o, ilk dəfədir ki, seçkilərdə iştirak edir. “İlk dəfə əmin ola bilərəm ki, seçkilərdə saxtakarlıq olmayacaq. Əvvəllər seçki missiyasında çalışdığım üçün bilirdim ki, mənim səsimin nəticələrə heç bir təsiri olmayacaq”-deyə o bildirir.

Parlamentin Aşağı palatasına deputatları seçmək üçün keçirilən səsvermə paytaxt Qahirə və İsgəndəriyyə ilə yanaşı Luksor, Port Səid və digər 5əsas şəhərdə başlayıb. Bu regionlar üçün ikinci raund səsvermə dekabrın 5-ə nəzərdə tutulub.

Yanvarın sonunda başa çatacaq bu prosesdə Misirin 27 vilayəti 3 müxtəlif raundlarda seçki keçirəcək. Daha sonra Yuxarı Palata üçün seçki prosesi başlayacaq və proses mart ayında yeni Konstitusiyanın yazılması ilə başa çatacaq.

Misrin böyük nüfuza malik islamçı hərəkatı - Müsəlman Qardaşlarının fəaliyyətinə rəsmən 1950-ci ildən qadağa qoyulub.

XS
SM
MD
LG