Accessibility links

Misirdə prezident seçkiləri daha tez keçirilə bilər


Misirdə prezident seçkiləri daha tez keçirilə bilər

Misirdə prezident seçkiləri daha tez keçirilə bilər

Misrin hərbi idarəçiləri ölkədə baş verən etiraz aksiyalarından sonra prezident seçkisi prosesini sürətləndiriblər.

Rəsmi MENA xəbər agentliyi bildirib ki, əvvəl planlaşdırılandan 1 ay əvvəl - mart ayının 10-dan etibarən prezident seçkilərinə namizədlərin təsdiq olunmasına başlanacaq. Misrin hakim hərbi hökuməti seçkiləri iyun ayında keçirməyə söz verib, ancaq namizədlərin proseslərinin önə çəkilməsi səsvermənin də planlaşdırıldığından tez keçirməyə imkan yarada bilər.

Bu səsvermə Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra ilk prezident seçkisi ola bilər.

Hərbi hakimiyyətə son qoyulmasını tələb edən müxalifət fəalları Daxili İşlər Nazirliyini mühafizə edən polislərı daşa basıb. Qarşılığında polis göz yaşardıcı qazdan istifadə edib və binanı qorumaq üçün barrikadan qurub.



XS
SM
MD
LG