Accessibility links

Vitse prezident Ömər Süleyman prezident Hüsnü Mübarəkin dərhal istefa verməsi barədə çağırışları rədd edib

Misirin vitse prezidenti Ömər Süleyman prezident Hüsnü Mübarəkin dərhal istefa verməsi barədə çağırışları rədd edib. O, deyib ki, belə bir addım xaosa səbəb olacaq.

O, bu bəyanatı paytaxt Qahirədə bir-birinı daşla həmlə edən nümayişçilərin komendant saatına məhəl qoymamasından sonra verib.

Cənab Mübarəkin prezidentlik dövrünün sonunadək hakimiyyətdə qalacağı barədə çıxışının əleyhdarları prezidentin dərhal ölkəni tərk etməsi tələbi ilə sabah yeni nümayiş keçirəcəklərni bildirib.

Cənab Süleyman dövlət televiziyasındakı müsahibəsində prezidentin nümayişçilərə ünvanlamaq üçün `yol xəritəsi` hazırladığını bildirib. Vitse prezident gənclərin nümayəndələri və müxalifət qrupları ilə danışıqlar aparmağa başladığını deyib.

Lakin, cənab Süleyman Misirin ən böyük müxalifət qrupu olan `Müsəlman Qardaşlığının`danışıqlarda iştirak etməyə tərəddüd etdiyini vurğulayıb.

XS
SM
MD
LG