Accessibility links

Misirlilər hərbi idarəçilərin istefasını tələb edirlər


Misirlilər hərbi idarəçilərin istefasını tələb edirlər
Misirlilər hərbi idarəçilərin istefasını tələb edirlər

Qahirədə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında arasıkəsilməz toqquşmalar nəticəsində çox sayda xəsarət alan var. Ötən həftə ərzində toqquşmalarda azı 42 adam ölüb

Son toqquşmalar şənbə günü sübh çağı baş verib. Qəzəbli vətəndaşlar şüarlar hayqırmış və təhlükəsizlik qüvvələrini daşa basmışlar. İğtişaş polisi izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Nazirlər kabineti qarşısında baş vermiş toqquşmada azı bir adam həlak olub. Misirin daxili işlər nazirliyi ölüm halını təsdiqləmiş, lakin polis maşınının səhvən nümayişçini vurduğunu demişdir.

Sahil şəhəri İskəndəriyyədə gecə yarısından bəri baş verən toqquşmalarda azı üç adam yaralanıb. Polislər zirehli maşınların köməyi ilə izdihamları hökumət binalarından uzaqlaşdırmağa nail olublar.

Bazar ertəsi Misirdə parlament seçkilərinin keçirilməsi planlaşdırlır. Bu, prezident Hüsni Mübarəkin istefasından bəri ölkədə ilk səsvermə olacaq.

Hərbi hökumət müxalifət lideri Məhəmməd Əlbaradei və Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Tərəflərin çaxnaşmalara son qoymaq yollarını müzakirə etdikləri xəbər verilir.

XS
SM
MD
LG