Accessibility links

Misirdə qanlı toqquşmalar davam edir

  • Amerikanın səsi

Misirdə qanlı toqquşmalar davam edir

Misirdə qanlı toqquşmalar davam edir

Altıncı gün ardıcıl olaraq Misirin bir neçə şəhərində polislərlə nümayişçilər arasında toqquşmalar davam edib. Etirazçılar ölkənin hərbi idarəçilərini istefa verməyə çağırırlar.

Son toqquşmalar Qahirədən şərqdə, Süveyş kanalı sahilində yerləşən İsmailiyyə qəsəbəsində baş verib.

Atəş səslərinin ardınca gözyaşardıcı qaz kanistrləri nümayişçilərə atılıb. Qoşunlar zirehli maşınlarda şəhər küçələri ilə irəlilədikcə Molotov kokteylləri gecə səmasını parıldadıb.

Toqquşmalar Qahirədə bütün gün davam edib. Təcili tibbi yardım maşınları yaralıları hospitallara daşıyıb.

Nümayişçilər hərbi qüvvələri ifrat qüvvədən istifadə etməkdə günahlandırıblar.

Sahil şəhəri İskəndəriyyədə hərbi kazrmaların qarşısına toplaşmış adamlar “Azadlıq” deyə haqyırmış və təhlükəsizlik qüvvələri ilə toqquşmuşlar.

XS
SM
MD
LG