Accessibility links

Misirdə qarşıdurma olub


Qahirədə seçkiqabağı zorakılıq baş qaldırıb. Küçə döyüşləri azı 11 nəfərin ölümünə səbə olub və prezidentliyə namizədlərin bəziləri seçki kompaniyalarını dayandırmağa vadar olub.

Misir tibbi və təhlükəsizlik mənbələri bu gün hücumçular hərbi hökumətə qarşı nümayiş keçirən yüzlərlə insana hücum edən zaman baş verən qarşıdurmada ölüm hallarını təsdiqləyib.

Əksəriyyəti İslamçı fəallar olan nümayişçilər hücumçulara müqavimət göstərib. Müqavimət göstərən insanların şəxsiyyəti məlum olmayıb. Şahidlər hər iki tərəfin bir-birinə bomba və daş atdıqlarını, hətta güllə səslərinin eşidildiyini deyib. Bir neçə saatdan sonra iki tərəfi biri-birindən ayırmaq üçün Misirin hərbi qoşunları və zirehli maşınlar əraziyə göndərilib.

XS
SM
MD
LG