Accessibility links

Misirdə konstitutsional düzəlişlər üzərində referendum keçirilir


Misirdə konstitutsional düzəlişlər üzərində referendum keçirilir
Misirdə konstitutsional düzəlişlər üzərində referendum keçirilir

Bu gün misirlilər azad və ədalətli seçkilərə yol açacaq konstitutsiya düzəlişləri üzərində səs verirlər. Misirin demokratiya doğru irəliləyişinin testi kimi qiymətləndirilən səsverməyə çox sayda adam qatılıb.

Qahirədə səsvermə məntəqəsinə gəlmiş Nobel sülh mükafatı laureatı Məhəmməd ƏlBaradeiyə hücum edən bir sıra etirazçlıar "Biz səni istəmirik" deyə qışqırıblar. Bəziləri ərazini tərk edən ƏlBaradeinin maşınını daşa basıblar.

Təklif olunan düzəlişlər seçkilərdə bütün müxalifət namizədlərinin iştirakına şərait yaradacaq və prezidentlərin hakimiyyət dönəmini iki dörd-illik müddətə məhdudlaşdıracaq. Referenduma əsasən ilin sonunda parlament və prezident seçkiləri keçirilə bilər.

Əksər dünyəvi qruplar və aparıcı islahatçı xadimlər, o cümlədən Ərəb Liqasının rəhbəri Əmr Musa və BMT nüvə agentliyinin sabiq rəhbəri Məhəmməd ƏlBaradei düzəlişlərin əleyhinə çıxır. Onların hər ikisi prezidentliyə namizədliklərini irəli sürmək məramındadırlar.

Düzəlişlərin əleydhdarları hesab edirlər ki, seçkilərin bu tezlikdə keçirilməsi iki oturuşmuş siyasi qüvvənin – sabiq prezident Hüsni Mübarəkin bir vaxtlar təmsil etdiyi Milli Demokrat Partiyası və İslamçı Müsəlman Qardaşlığının mənafeyinə xidmət edəcək.

Dəyişikliklərin tərəfdarları isə hərbi şuranın hakimiyyətini uzatmamaq üçün düzəlişlərin qəbul edilməsini vacib sayırlar.

XS
SM
MD
LG