Accessibility links

Misir prezidenti Məhəmməd Mursi müdafiə naziri və hərbi şuranın rəhbərini istefaya göndərib.

Prezidentin sözçüsü bəyan edib ki, cənab Mursi hərbi şuranın komandirlərə geniş səlahiyyətlər verən qərarını ləğv edib.

Prezident Mursi devrilmiş prezident Hüsnü Mübarək dönəmindən qalma müdafiə naziri Hüseyn Təntavini Əbdül Fəttah əl-Sissi ilə əvəzləyib. O, həmçinin qocaman hakim Mahmud Mekkini vitse-prezident təyin edib.

Hökumətdəki son dəyişikliklər ötən həftə kəşfiyyat naziri və Şimali Sinay vilayətinin qubernatorunun işdən çxarılmasından sonraya təsaüdüf edir. Ötən həftə ordu postuna hücum nəticəsində 16 əsgərin həlak lmasından sonra Mursi hrbi polisin rəhbərini də işdən qovmuşdu.
XS
SM
MD
LG