Accessibility links

Misirdə xristian kilsəsi bombalanıb


Misirdə xristian kilsəsi bombalanıb
Misirdə xristian kilsəsi bombalanıb

Misir rəsmiləri xəbər verir ki, İskəndəriyyə şəhərindəki xristian kilsəsinə edilən bomba hücumu nəticəsində azı 21 adam həlak olub. Partlayış şənbə günü səhər kilsə üzvləri yeni il mərasiminə toplaşan zaman baş verib. Misrin Daxili İşlər Nazirliyi yeni ilin gəlişindən yarım saat sonra baş vermiş hücumda habelə 80-ə yaxın adamın yaralandığını bildirir. Partlayış kilsənin maşın dayanacağında saxlanılmış bir maşından qaynaqlanıb. Hücum üçün hələlik heç kəs məsuliyət öz üzərinə götürməyib. İraqda Əl Qaida təşkilatı bu yaxınlarda baş vermiş başqa terror hücumlarını törətdiyini etiraf edib. Terrorçular bu növ hücumların İslamı qəbul etmiş iki misirli xristian qadınla rəftara cavab olduğunu iddia edirlər. Onların iddiasına görə İslamı qəbul etmiş qadınlar xristianlar tərəfindən girov saxlanılırlar.

XS
SM
MD
LG